Saakaşvili Gürcüstanda SAXLANILDI
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanda saxlanılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.