Saakaşvili biletini aldı, anası ilə Tiflisə gəlir...
Oktyabrın 2-nə Tiflisə bilet almışam.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.
O, həmin günün axşamı Tiflisdə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib:
“Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.
Sabiq dövlət başçısı Kiyev-Tiflis istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdə Tiflisə çatacaq.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.