Sizin Reklam Burada

Samir Adıgözəlli Dneprdə diaspor fəalları ilə görüşüb - FOTOLAR

Samir Adıgözəlli Dneprdə diaspor fəalları ilə görüşüb - FOTOLARUkraynanın Dnepr şəhərində diaspor fəalları ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, Dnepropetrovsk Azərbaycanlıları konqresinin ofisində baş tutan görüşdə konqresin idarə heyətinin üzvləri, fəal diaspor nümayəndələri iştirak edib.

Görüşü giriş sözü ilə açan Konqresin sədri Nəcəf Əhmədov Dnepropetrovsk vilayətində görülən işlər haqqında geniş məlumat verib.

Daha sonra İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri (İSBAM) Samir Adıgözəlli diaspor fəalları qarşısında çıxış edərək 44 günlük Vətən Müharibəsindən və bu dövrdə xaricdə yaşayan soydaşlarımız nümayiş etdirdiyi, əzimkarliqdan danışıb.

S.Adıgözəlli, eyni zamanda, dünyada mövcud proseslərdən və Azərbaycan diasporunun qarşısında duran vəzifələr haqqında fikirlərini bölüşüb.

Görüşdə iştirak edən fəallar da diaspor üzvlərini maraqlandıran məsələlər haqqında çıxışlar ediblər.

Konqresdə keçirilən görüşdə İSBAM İcraçı direktoru Şahin Həsənov da iştirak edib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər