Türkiyədə ağır qəza: 15 nəfər yaralandı
Dərc olunub:
17-09-2021, 15:32
Türkiyənin Əskişəhər şəhərində ağır yol qəzası baş verib.
Avrasiya.net xəbər verir ki, fabrik işçilərini daşıyan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 15 nəfər yaralanıb.
Qəzanın baş verdiyi əraziyə təcili yardım cəlb edilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.