Saakaşvili hazırlıqlara başladı - Tiflisə qayıdır
Dərc olunub:
11-09-2021, 08:36
Gürcüstanın Qanun və Ədalət Partiyasının lideri, millət vəkili Tako Çarkviani eks-prezident Mixail Saakaşvilinin Gürcüstana normal qayıtmasına kömək etmək üçün yeni təşkilat yaradıb.
Axar.az xəbər veri ki, bu barədə deputat özü məlumat yayıb.
"Bu gün Ümumi Xalq Hərəkatı təşkilatı qurulur. Biz Mişanı sülh yolu ilə ölkəyə qaytarmalıyıq. Gürcü dövlətini inkişaf etdirən, investisiyalarla dağıdılmış Gürcüstanı bir dövlətə çevirən və ayağa qaldıran adam sülh yolu ilə qayıtmalıdır. Siyasi təqiblər dayandırılmalıdır. Onun vətəndaşlığı geri qaytarılmalıdır. Gəlin, ona işləmək imkanı verək. O, parlaq islahatçıdır, bunu artıq sübut edib", - Çarkviani vurğulayıb.
Qeyd edək ki, Saakaşvili 2 oktyabrda Gürcüstana qayıdacağını açıqlayıb.