Sizin Reklam Burada

Quzey Kıbrısdan yunan tərəfinə etiraz

Quzey Kıbrısdan yunan tərəfinə etirazQuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezident Administrasiyası yunan tərəfinin Kıbrıs türklərinin pasportlarını ləğv etmək qərarına etiraz edib.

Avrasiya.net-in xəbərinə görə, QKTC Prezident Administrasiyası bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada baş verənlərin Kıbrıs Cümhuriyyətinin tamamilə yunan dövlətinə çevrildiyi və Kıbrıs Türk tərəfinin qanuni hüquqlarına heç bir hörmət qoyulmadığının sübutu olduğu bildirilir.

Prezident Administrasiyasının şərhində bu praktikanın Kipr münaqişəsinin əsl mahiyyətini və Kiprdə bərabərliyə əsaslanan federal bir ortaqlığın nədən qurula və davamlı ola bilməməsini açıq şəkildə ortaya qoyduğu bildirilir.

Açıqlamada "zəruri səbəblərdən bir çox Kıbrıs türkünün səyahət sənədi kim istifadədən kənara çıxmayan” pasportlarının yunanların siyasi məqsədlərinə xidmət edən vasitəyə çevrildiyi bildirilir. Qeyd olunur ki, Kıbrıs türkləri "Kıbrıs Cümhuriyyəti" pasportlarını ona üstünlük verdikləri üçün deyil, birlikdə qurduqları ortaq dövlətdən və səyahət azadlıqlarından kənarda qalmamaq üçün məcburi şəkildə istifadə edirlər.

Açıqlamada həmçinin bildirilir ki, Kıbrıs yunan pasportları yunan tərəfinin siyasi məqsədlərinə xidmət etmək üçün Kipr Türklərinə qarşı əsas insan hüquq və azadlıqlarını pozaraq istifadə edilən bir təhdidə çevrilib. Yunan tərəfi bu düşmənçiliyində Maraş məsələsini bəhanə edərək, status-kvo zehniyyətini və çarəsizliyini ortaya qoyur, digər tərəfdən həm Maraşda, həm də Kıbrısda əldə edilən nöqtənin tamamilə öz hakimiyyətçi və uzlaşmaz mahiyyətinin bir məhsulu olduğu gerçəyini ört-basdır etməyə çalışmaqdadır.

Sənəddə deyilir ki, baş verənlərdə təkcə Kıbrıs Rum İdarəsi deyil, BMT Təhlükəsizlik Şurasının 4 mart 1964-cü il tarixli 186 saylı qərarı ilə qəsbkar yunan tərəfinə "Kıbrıs hökuməti" kimi yanaşan beynəlxalq birlik də məsuliyyət daşıyır.

1960-cı ildən Kipr Cümhuriyyətinin yunanların işğalı altında olduğu və bu dövlətin bərabərhüquqlu ortaqları olan Kıbrıs Türk xalqının bütün hüquqlarından məhrum edildiyi, 58 il insanlıqdan kənar təcrid altında saxlanıldığı vurğulanan sənəddə bildirilir ki, Kıbrıs Türk xalqı illərdir beynəlxalq hüququn verdiyi suveren bərabərlik və bərabər beynəlxalq status hüquqlarına hörmət edilməsini təmin etmək üçün mübarizə apardığı halda, illərdir məruz qaldığı şiddət və ədalətsizliyə yenisi əlavə edildi.

“Kıbrısın bərabərhüquqlu sahibləri olan kıbrıslı Türklər bu mübarizələri əsnasında bir çox zülm, təzyiq, təhdid siyasətinə məruz qalıb, lakin heç vaxt mübarizələrindən əl çəkməyiblər. Adada əsas hüquq və azadlıqlarımızla var olmaq və suveren bərabərliyimizi qorumaq üçün böyük cəsarətlə çıxdığımız bu yolda əzmlə addımlamağa davam edəcəyik. Bu münasibətlə qeyd etmək istərdik ki, bütün məsələlərdə olduğu kimi, səyahət azadlığımızı həyata keçirməkdə də Ana Vətənimiz Türkiyə bizimlədir"- sənəddə deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər