İranda koronavirusdan ölüm sayı 100 mini ötdü

İranda koronavirusdan ölüm sayı 100 mini ötdüİranda son sutka ərzində koronavirusa 31 min 266 yoluxma, 564 ölüm halı qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, qonşu ölkədə virusa yoluxanların ümumi sayı 4 milyon 587 min 683 nəfərə, pandemiya qurbanlarının sayı isə 100 min 255-ə çatıb.

Hazırda 7583 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Bundan əlavə, İranda 3 milyon 840 min 568 xəstə sağalaraq evə buraxılıb.