Rusiyalı milyonçu deputat ayı əvəzinə adam vurdu

Rusiyalı milyonçu deputat ayı əvəzinə adam vurduRusiyanın milyonçu millət vəkili Uzaq Şərqdə yerli camaatı qorxuya salan ayını vurmaq istəyərkən səhvən yaxınlıqda olan bir adamı güllələyib.

Axar.az xəbər verir ki, Kamçatka bölgəsindəki yerli məclis deputatı olan İqor Redkin hadisədən sonra polisə təslim olub.

Qeyd edək ki, Forbes 715.7 milyon rubl (9.7 milyon dollar) sərvətə malik balıqçılıq və aviasiya maqnatı Redkini ölkənin ən varlı 20-ci dövlət məmuru olaraq göstərib.