Sizin Reklam Burada

Türkiyədə güclü yanğınlar: ölənlərin sayı artdı

Türkiyədə güclü yanğınlar: ölənlərin sayı artdıTürkiyənin Marmaris şəhərindəki meşə yanğınları səbəbindən otellərdə olan turistlərin təxliyəsinə başlanılıb.

Şəhər rəhbərliyi yanğınların olduğu ərazilərə yaxın yerləşən otellərdən turistlərin və yerli sakinlərin profilaktik təxliyəsini elan edib.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli bildirib ki, yanğınların baş verdiyi ərazilərə 30 yanğınsöndürən maşın, 5 helikopter və 1 təyyarə cəlb olunub.

***

Türkiyədə baş verən meşə yanğınları 3 nəfərin həyatına son qoyub, 180-dən çox xəsarət alan var.

Türkiyə mətbuatının yazdığına görə, yanğınlar yaşayış məntəqələri və evlərə doğru irəliləməyə başlayıb. Son iki gündə Türkiyədə 17 şəhərdə 57 yanğın ocağı meydana gəlib.

***

Türkiyənin Bodrum rayonundakı meşə yanğınları söndürülüb, təxliyə olunan turistlər də otellərə qaytarılıb.

Bu barədə Bodrum şəhərinin meri Əhməd Aras məlumat verib.

Onun sözlərinə görə, Marmarisdəki yanğınlar hələ söndürülməyib.

***

Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli bildirib.

"Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib", - nazir qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər