Bu layihə Rusiyanı silahlandıracaq - Polşa
Dərc olunub:
23-07-2021, 10:08
Rusiya Şimal Axını-2 qaz kəmərinin gəliri sayəsində silahlanacaq.
Avrasiya.net xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Lap əvvəldə biz Amerika və avropalı müttəfiqlərimizi inandırmağa çalışdıq ki, bu layihə Rusiyanın silahlanmasına kömək edəcək. Rusiya çox güclü şəkildə silahlana bilən dövlətdir, onun bu planda çoxlu imkanları var. Ona görə də Şimal Axını-2 layihəsini düzgün hesab etmirdik”, - baş nazir bildirib.