Sizin Reklam Burada

Tiflis qaynayır: KİV istefa tələb edir, Qaribaşvili isə...

Tiflis qaynayır: KİV istefa tələb edir, Qaribaşvili isə...Gürcüstan parlamenti qarşısında KİV nümayəndələri, siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri, aktivistlər və sadə vətəndaşların mitinqi keçirilir.

Axar.az xəbər verir ki, etirazçılar 5-6 iyul LGBT nümayəndələrinə qarşı mitinqi işıqlandırmaq istəyən jurnalistlərə qarşı zorakılıq həyata keçirənlərin, Pirveli TV-nin operatoru Lesko Laşkavaranın ölümündə günahkar olanların cəzalandırılmasını tələb edirlər. Etirazçılar həmçinin Baş nazir İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin istefaya getməsini istəyirlər.

KİV nümayəndələrinin artıq parlamentə daxil olduğu və deputatlarla görüş tələb etdiyi bildirilib. Onların parlamentə girməsinə Vahid Milli Hərəkat Partiyasından olan deputat Niki Maçutadzenin kömək etdiyi vurğulanıb.

Gürcüstan Baş naziri İrakli Qaribaşvili isə Tiflisdə baş tutan mitinqlə bağlı az öncə bəyanat yayaraq, antihökumət mitinqlərini növbəti uğursuz sui-qəsd adlandırıb. O, bunun təkcə dövlətə yox, həm də kilsəyə qarşı olduğunu bildirib:

“Müxalifət televiziyaları – “Mtavari Arxi”, Pirveli TV və “Formula” Mixail Saakaşvili və onun oğurladığı maliyyə ilə idarə olunur. Onların əsas məqsədi hökuməti hansısa yolla devirib, güc yoluyla hakimiyyətə qayıtmaqdır ki, buna da biz yol verməyəcəyik”.

Qeyd edək ki, dünən də Tiflisdə eyni qüvvələrin böyük mitinqi keçirilmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər