Sizin Reklam Burada

Ərsin Tatar “Azərbaycanın dostu” ordeninə layiq görüldü

Ərsin Tatar “Azərbaycanın dostu” ordeninə layiq görüldü“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Ərsin Tatarla görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə Prezident Ərsin Tatarın “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib.

Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatara təqdim edib.

Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri olan Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin, eləcə də Azərbaycan-Şimali Kipr Gəncləri Birliyinin, həmçinin KKTC-nin Bakıdakı nümayəndəliyinin fəaliyyətinin iki ölkənin xalqları arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi tohfələrdən danışan Emil Nəsirli bu istiqamətdə xalqlarımız arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün bundan sonra da birlikdə addımlamağa və nailiyyətlər qazanmağa davam edəcəyini bildirdi.

“Əlaqələrimiz hər zaman çox gözəl olub və hazırda də eyni tendensiya davam edir. İki ölkənin xalqları arasında səmimi dostluq münasibətləri mövcuddur. Bir müddət əvvəl Azərbaycan jurnalistləri Kiprə səfəri zamanı ölkənin tarixi, mədəniyyəti, sosial həyatı barədə dərin məlumatlar əldə etmək imkanı qazanıblar. Bizim Şimali Kipr Türk Respublikası ilə bir çox istiqamətlərdə – turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində yaxşı münasibətlərimiz var”, - deyə qeyd edən Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində mütəmadi olaraq Şimali Kiprin həyatında baş verən bütün hadisələrin və yeniliklərin bundan sonra da davamlı şəkildə işıqlandırılmasının Azərbaycanda böyük maraqla qarşılandığını xüsusi vurğulayıb.

Şimali Kipr Türk Respublikasının tarixi, türk xalqlarının mədəniyyəti, adət-ənənələri, iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafı, hazırda orada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti, eləcə də Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin qazandığı elmi nailiyyətlər barədə geniş məlumat verən Prezident Ərsin Tatar “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçdiklərinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürlərini bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər