Donbasda atəşkəs pozuldu: Ukrayna hərbçisi həlak oldu
Dərc olunub:
26-06-2021, 14:26
Donbasda Rusiya ordusunun atəşi nəticəsində bir Ukrayna hərbçisi həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Bu gün səhər saatlarında Rusiya ordusu atəşkəs rejimini 2 dəfə pozub. Nəticədə Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub.
Hadisə ilə bağlı ATƏT təmsilçiləri məlumatlandırılıb”, - xəbərdə qeyd edilib.