İranda bülletenləri daşıyan helikopter qəzaya düşdü: ölən var
Dərc olunub:
19-06-2021, 15:20
İranın Loristan əyalətinin Əliqudərz şəhərində seçki qutularını daşıyan helikopter qəzaya düşüb.
Avrasiya.net xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 11 nəfər ağır yaralanıb.
İnsident yerli vaxtla 12:00-da baş verib.
Helikopterin qəza səbəbi açıqlanmayıb.