Paşinyan və Köçəryanın tərəfdarları toqquşdu

Paşinyan və Köçəryanın tərəfdarları toqquşduGümrüdə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın tərəfdarları ilə Robert Köçəryanın tərəfdarları arasında toqquşma baş verib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Vardanants” meydanındakı mitinqdən sonra Paşinyan və tərəfdarları şəhər mərkəzinə doğru yürüş ediblər. Toqquşma da Paşinyan tərəfdarlarının “Ermənistan” (Hayastan) blokunun qərargahının yanından keçdikləri zaman baş verib.

“Ermənistan” blokunun Şirak vilayəti üzrə koordinatorlarından biri Karapet Poqosyan bildirib ki, davaya ilk olaraq Paşinyanın tərəfdarları başlayıb.