Sizin Reklam Burada

"İnsanlıqları yoxdur, bu heyvanlar cəsədləri soyuducuya atıblar" SERJ SARKISYAN

"İnsanlıqları yoxdur, bu heyvanlar cəsədləri soyuducuya atıblar" SERJ SARKISYANMənə elə gəldi ki, damarlarımdakı qan donub. İçlərində heç insanlıq yoxdur, çünki canından keçən oğlanların cəsədlərini bu heyvanlar gətirilib soyuducuya atıblar. Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının lideri Serj Sarkisyan bunu Masisdə "Mənim şərəfim var" blokunun tərəfdarları ilə görüşündə bəyan edib.

“67 yaşım var və bu müddət ərzində hər şeyi gördüm. Müharibə, dostların ölümünün dəhşətli səhnələrini gördüm, iki-üç oğlunu itirən valideynlərlə danışdım, hər şeyi gördüm və mənə elə gəldi ki, artıq heç bir şeyə təəccüblənə və ağlaya bilmədim .

Bu fotoları, soyuducuya atılan cəsədlərin fotolarını görəndə mənə elə gəldi ki, qanım damarlarımda donub. Məgər bunlar insandırlar? Onların içində bir insanlıq varmı? Ölən oğlanların cəsədlərini bu heyvanlar gətirib soyuducuya atıblar”, deyə Sarkisyan bildirib.

Xatırladaq ki, bir qədər əvvəl sosial şəbəkələrin erməni seqmentində Qarabağda ölən erməni hərbçilərin plastik torbalara bükülmüş qalıqlarını əks etdirən şəkillər ortaya çıxıb. Fotolarda, içərisində erməni hərbçilərinin cəsədləri olan bu torbaların Abovyan Tibbi-Ekspertiza Mərkəzinin zirzəmisində döşəməyə qarışıq şəkildə səpələndiyi əks olunur. Şəkillər erməni cəmiyyətində ciddi bir ictimai etiraza səbəb olub. Bu faktla bağlı rəsmi araşdırma aparılır.

sia

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər