Sizin Reklam Burada

“ABŞ strateji bombardmançıları Belarus üzərindən Rusiyanı vurmağı planlaşdırır...”

“ABŞ strateji bombardmançıları Belarus üzərindən Rusiyanı vurmağı planlaşdırır...”Böyük ehtimalla ABŞ strateji bombardmançılarının son zamanlar intensivləşən nümayişkarənə uçuşları Belarus hava məkanından Rusiyaya zərbələrin endirilməsini məşq etmək məqsədi daşıyır. Virtualaz.org xəbər verir ki, Belarus Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-mayor İqor Korol bu barədə yerli telekanallardan birinə müsahibəsində danışıb.

“Təəsüf ki, NATO-nun, məhz ABŞ-ın strateji aviasiyasının nümayişkarənə uçuşları intensivləşib. Cari ildə Belarusa qonşu ölkələrin üzərində 9 belə uçuşlar həyata keçirilib. Böyük ehtimalla demək olar ki, bu uçuşlarda məqsəd həm Belarusa, həm Rusiyaya zərbələrin endirilməsini məşq etməkdir”,-o deyib.

General deyib ki, NATO aviasiyası Polşa üzərindən Belarusun hava sərhədlərini də pozur. Onun fikrincə, məqsəd Belarusun hava hücumundan müdafiə sistemini yoxlamaqdır. “Çünki istənilən təcavüz ilk növbədə kütləvi hava zərbələrinin endirilməsi ilə başlayır. Və beləliklə, bu uçuşlar ona hədəflənib ki, bizim təcavüzün qarşısını almaq imkanlarımızı yoxlasınlar. Biz isə buna hazırıq”,-Korol bildirib.

Son zamanlar Rusiya ilə Belarus arasında hərbi tərəfdaşlıq xeyli sıxlaşıb, Belarusda Rusiya aviabazasının yerləşdirilməsi variantı yenidən gündəmə gəlib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər