Sizin Reklam Burada

Dmanisidə marketin xanım satıcısından ürək dağlayan sözlər - Azərbaycanlılara qarşı bu ilk dəfədir deyil

Dmanisidə marketin xanım satıcısından ürək dağlayan sözlər - Azərbaycanlılara qarşı bu ilk dəfədir deyilGürcüstanın Dmanisi rayonunda "Ömər Market"in önündə baş verən kütləvi davanın təfərrüatlarını sözügedən mağazanın satıcısı Səidə İsmayılova etnik zəmində olduğunu ifadə edib.

Aktual.ge xəbər verir ki, marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib.

Onun sözlərinə görə, mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər. Mübahisədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olarkən təqribən 60 nəfərlik kütlə mağazaya hücum edib”.

S.İsmayılova qeyd edib ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə deyil baş verir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.

Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər