Sizin Reklam Burada

Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyirİranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

İran mətbuatı xəbər verir ki, Əhmədinejad tərəfdarlarının müşayiəti ilə Daxili İşlər Nazirliyinin nəzdindəki qeydiyyat mərkəzini ziyarət edib, qeydiyyat formalarını doldurub.

Mahmud Əhmədinejad 2005-2013-cü illərdə prezident postunu tutub.

Qeyd edək ki, 2016-cı ildə ali dini rəhbər Ayətullah Əli Xamenei Əhmədinejadın prezidentliyə namizəd olmasını qadağan etmişdi, baxmayaraq ki, o həmin vaxt da qeydiyyatdan keçmişdi. Amma sonda Qəyyumlar Şurası onu seçki prosesindən kənarlaşdırmışdı.

Xamenei budəfəki seçki prosesində heç bir namizədə qarşı çıxmayacağını söyləyir, amma buna baxmayaraq Qəyyumlar Şurası Əhmədinejadın namizədliyini əngəlləyə biləcəyi söylənilir.

İran konstitusiyası bir şəxsin üç dəfə ardıcıl olaraq bu vəzifədə çalışmasını qadağan edir, lakin 2013-cü ildə Həsən Ruhani prezident olduğu üçün Əhmədinejadın bu vəzifə uğrunda yarışmaq şansı var.

İranda namizədlər üçün mayın 11-də başlanmış qeydiyyat prosesi 5 gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq.

Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçkinin iyunun 18-də keçirilməsi planlaşdırılıb.

Hazırkı prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan namizədliyini təkrar verə bilməz.

modern

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər