Sizin Reklam Burada

ABŞ-dan İrana dost əli: 1 milyardlıq...- CNN

ABŞ-dan İrana dost əli: 1 milyardlıq...- CNNABŞ hakimiyyəti İranın dondurulmuş fondlarından 1 milyard dollarlıq hissəsini sərbəst buraxmağı planlaşdırır.

“Ölkə.az” xəbər verir ki, bu iddia ilə CNN çıxış edib. CNN-in 3 mənbəyə istinad etdiyi xəbərdə qeyd olunur ki, Co Bayden hakimiyyəti Vyanada davam edən görüşlərə müsbət təsir etməsi üçün belə bir addım atmağı düşünür.

ABŞ belə bir qərar verərsə, sözügedən məbləği nağd olaraq Tehrana çatdırmaq əvəzinə İsveçrə üzərindən sanksiyalar olmadan İrana humnitar yardım göndərilməsini təmin edən humanitar ticarət kanalına köçürəcək.

Sözügedən fikrə konqresdəki bəzi şəxslərin qarşı çıxdığı bildirilir. İddiaya görə bəzi konqresmenlər belə bir addım atılmasının İran qarşısında ABŞ-ın əlini zəiflədə biləcəyini düşünür.

Xatırladaq ki, Avstriyanın paytaxtı Vyanada İranın nüvə razılaşmasının tam şəlildə tətbiq edilməsi və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı müzakirələr bu gündən etibarən davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər