Sizin Reklam Burada

İran parlamentinin keçmiş sədr müavinindən Trampa qarşı sui-qəsd təklifi

İran parlamentinin keçmiş sədr müavinindən Trampa qarşı sui-qəsd təklifiİranda iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşan, lakin namizədliyi hələ təsdiqlənməyən ölkə parlamentinin keçmiş sədr müavini Əli Müttəhiri maraqlı açıqlama ilə gündəmə gəlib.

“Haber Global”ın “Təsnim” agentliyinə istinadən yaydığı məlumatına görə, o, ABŞ tərəfindən təşkil edilmiş sui-qəsd nəticəsində həlak olan general Qasım Süleymaninin intiqamının alınması barədə danışıb.

Ə.Müttəhiri bildirib ki, sui-qəsd təlimatını verən ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo öldürülməlidir.

“Belə vəziyyətdə qısas alınmalıdır. Bu qisasın İran dövləti tərəfindən alınmasının gərəkdiyini demirəm. İranlı olmayan, məsələn amerikalı bir şəxs tərəfindən sui-qəsdin reallaşdırılması mümkündür”, - deyə Məclis sədrinin keçmiş müavini qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər