Sizin Reklam Burada

Rusiya 3 Baltikyanı ölkənin və Slovakiyanın diplomatlarını qovur

Rusiya 3 Baltikyanı ölkənin və Slovakiyanın diplomatlarını qovurRusiya cavab tədbiri olaraq Estoniya, Latviya və Litvanın diplomatlarını ölkədən qovur.

“Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bu ölkələrin səfirlərinə “rusiyalı diplomatlarının təxribatla qovulması ilə əlaqədar qəti etiraz” bildirilib.

Litva səfirliyinin 2 əməkdaşı, eləcə də Latviya və Estoniya səfirliklərinin hər birinin 1 əməkdaşı yeddi gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.

Bundan başqa, Rusiya cavab tədbiri olaraq Slovakiya səfirliyinin 3 əməkdaşını “persona non grata” elan edib və onlar mayın 5-dək ölkəni tərk etməlidirlər. Slovakiya səfirinə bildirilib ki, rusiyalı diplomatların qovulması ikitərəfli münasibətlərə zərər vurur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər