Rusiyadan yardım adı ilə İrəvana hərbi yük daşınır

Rusiyadan yardım adı ilə İrəvana hərbi yük daşınırGürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və Feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır.

Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürüclərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır.

Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər