Sizin Reklam Burada

Zərifin gizli səs yazısı yayıldı, ABŞ qarışdı

Zərifin gizli səs yazısı yayıldı, ABŞ qarışdıİran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısının yeni fraqmentləri ortaya çıxıb.

Səs yazısını “Nyu York Tayms” yayıb.

Yeni səs yazısında Zərif Kerrinin İsrailin Suriyadakı İran obyektlərinə ən azı 200 dəfə hücum etməsi haqqında ona məlumat verdiyini bildirib. O, bundan şoka düşdüyünü söyləyib.

Kerri yayımlanan səs yazısına dərhal reaksiya verib. O, yayılan məlumatları təkzib edib:

“Mən birmənalı şəkildə bəyan edirəm ki, bu ittihamlar yalandır. Bu heç vaxt - nə mən dövlət katibi olanda, nə də ondan sonra - baş verməyib”.

Keçmiş dövlət katibi ilə bağlı yayılan səs yazısı Respublikaçılar Partiyasının nümayəndələrinin Kerrini kəskin tənqd etməsinə səbəb olub. Belə ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli Bayden və Kerrinin baş verənlərə görə cavab verməli olduğunu bildirib:

“Bayden və Kerri dövlət katibinin İrana – terrorun baş sponsoruna informasiya ötürərək, bizim nəhəng müttəfiqimiz olan İsraili kürəyindən bıçaqlamağa görə cavab verməlidir”.axar.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər