Sizin Reklam Burada

"Türkiyə bayrağının yandırılması Ermənistana baha başa gələcək"

"Türkiyə bayrağının yandırılması Ermənistana baha başa gələcək"“Hər il 24 aprel tarixində xüsusilə ABŞ dövlətindən saxta “erməni soyqırımı” ilə bağlı bəzi açıqlamaları olur. İndiyədək Reyqandan başqa heç bir dövlət başçısı “soyıqırım” ifadəsinə yol verməyib”.

Bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım deyib.

Millət vəkili bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden prezident seçkilərinə hazırlıq dövründə erməni lobbisinə bu ifadəni işlədəcəyi ilə bağlı söz verməklə Türkiyə-ABŞ əlaqələrinə kölgə salan davranışlara yol verdiyinin fərqində olmalıdır: “Amma belə bir vədi seçki kampaniyasında keçmiş prezident Donald Tramp versə də, sonradan vədinə əməl etmədi. Co Baydenin hansı ifadə səsləndirməsindən asılı olmayaraq, bu məsələnin heç bir hüquqi əsası yoxdur. Dünən Prezidentimiz Co Baydenlə görüşü oldu. Bu danışıqların nə ilə nəticələnəcəyini gözləyirik”.

2005-ci ildə Türkiyə parlamentinin “erməni soyqırımı” iddialarına qarşı Ermənistanla Türkiyənin tarixçilərinin, elm adamlarının ortaq komissiya yaradaraq dünyadakı arxivləri birgə araşdırmaqla bağlı bəyanat qəbul edildiyini, bununla əlaqədar o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Robert Köçəryana məktubla müraciət etdiyini xatırladan millət vəkili deyib ki, Türkiyə tərəfin bu təklifinə bu günə qədər cavab verilməməsi də Ermənistanın qərəzli olduğunu sübut edir: “Təəssüf ki, indiyədək bu cəhdlərimizlə bağlı müsbət bir nəticə əldə edilmədi. Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövləti “milləti-sədəqə” prinsipi ilə ermənilərin yaşayışı üçün hər cür rahat şərait yaratdığı halda Anadoluda yaşayan ermənilər rusların yanında yer alaraq Osmanlı dövlətini sarsıdan xəyanətkar hərəkətlərə yol veriblər. Türkiyənin Qars, İqdır, Ərdahan, Ərzurum vilayətlərində müsəlmankəndlərinə hücum edərək milyonlarca türkü qətlə yetirilib. Ona görə də Osmanlı dövləti bəzi xəyanətkar ermənilər haqqında tədbir görmək üçün 24 aprel 2015-ci ildə əsasən dövlətin yüksək vəzifələrində yer alan 2 400 civarında ermənini həbs edib. Yəni qətlə yetirilən türklərin toplu məzarlıqları var, bu qədər sübutlar, dəlillər arxiv materiallarında yer alıb. Amma Türkiyə tarixində heç bir zaman heç bir millətə qarşı üz qızardan bir günaha yol verilməyib. Təəssüf ki, erməni diasporu və onu dəstəkləyən 30-dan çox parlament bu cür qərarlar almaqla tarixi həqiqətləri təhrif edərək bu məsələni siyasiləşdirirlər”.

Bu gün Ermənistanda Türkiyənin bayrağının yandırılmasına qarşı sərt mövqe bildirən Şamil Ayrım bildirib ki, bu hərəkət Ermənistan tərəfin vəziyyətini daha da çətinləşdirir: “Bu onlara ağır başa gələcək. 44 günlük savaş zəfərindən sonra hörmətli prezidentlərimiz birgə 3+3 platforması təklif etdi ki, miskin vəziyyətdə olan Ermənistan xalqının da yaşayış şəraiti normallaşdırılsın. Amma təəssüf ki, bu cür təxribatlara yol vermək Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdlərinə kölgə salır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur, bölgədə sülh və rifah olmasını, qonşularımızdan da dinc, yanaşı yaşamaq üçün bu tələblərə əməl etməsini istəyirik. Türkiyə NATO-da əsas yer alan ABŞ-a müttəfiq bir ölkədir. Amma Türkiyəyə qarşı ABŞ başda olmaq üzrə bir çox dünya dövlətlərinin etdiyi yanlış hərəkətlərə qarşı müqavimətini heç zaman itirməyəcək.

Türkiyə Aralıq dənizində ən böyük sərhədi olan ölkə olduğu halda qazma kəşfiyyat işlərinin aparılmasına mane olmaq hansı ədalətə sığar? Odur ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində öz hüqüqunu müdafiə edir və edəcək” (apa).

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər