GAK sədrindən kəskin reaksiya: "Sizlərə ar olsun"

GAK sədrindən kəskin reaksiya: "Sizlərə ar olsun""Avropa Şurasının Parlament Assambleyasında təmsil olunan bütün deputatlarımızı, siyasi partiyasından, milliyətindən asılı olmayaraq hamısını nifrət və hiddətlə qınayıram".

Aktual.ge məlumat verir ki, bu sözlərlə Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında Ermənistan lehinə səs verməsinə özünün feysbuk hesabında kəskin reaksiya verib.

"Sizlərə ar olsun",- deyən GAK sədri əlavə edib:

"Qardaş Azərbaycana qarşı səs verməyə qədər alçalmaq heç gözəl olmadı. Azərbaycan heç nə itirmədi. Siz Ermənistanı qazandınızmı?".