Sizin Reklam Burada

Ermənistanda yezidi kürdlər arasında atışma olub

Ermənistanda yezidi kürdlər arasında atışma olubErmənistanın Armavir vilayətinin Eçmiadzin şəhərində yezidi kürdlər arasında baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.

Polisdən bildirilib ki, aprelin 22-də gecə saatlarında şəhərdə avtomatdan atəş açan şəxs bir nəfəri yaralayıb və onun qohumlarını hədələyib.

Hadisə yerinə asayiş keşikçiləri cəlb olunub. Araşdırmalarla məlum olub ki, tərəflər arasında dava olub. Nəticədə 60 yaşlı Tital Sloyan bıçaqlanıb və hospitala yerləşdirilib.

Onu qohumu, 41 yaşlı Əziz Sloyanın avtomat silah saxladığı məlum olub. Polis onu silahı təhvil verməyə çağırıb.

Ə.Sloyan çağrışa məhəl qoymayaraq atəş açıb. Sonra polis ona yaxınlaşa bilib. Ə.Sloyanın çənəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Hadisənin səbəbi araşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər