Sizin Reklam Burada

Ermənistanda maşın partladıldı, atışma oldu: ölənlər var

Ermənistanda maşın partladıldı, atışma oldu: ölənlər varİkinci Qarabağ müharibəsindən sonra “könüllülər” adı ilə əhaliyə paylanan silahların yığılmaması və siyasi hərcmərclik Ermənistanda xaosa səbəb olmaqdadır.

Axar.az xəbər verir ki, müharibədən sonra Ermənistanın paytaxtı İrəvan da daxil olmaqla, müxtəlif şəhərlərdə silahlı qarşıdurmalar vaxtaşırı olaraq qeydə alınır.

Belə bir qarşıdurmalardan biri də bu gecə Eçmiədzində baş verib. Belə ki, avtomatla silahlanan şəxs bir nəfəri yaralayıb, yaxınlarını isə öldürməklə təhdid edir.

Silahlı hadisə yerinə gələn polislərə də avtomatdan atəş açıb. Nəhayət, polis cavab atəşi açıb və o, yaralı olaraq ələ keçirilib.

Məlum olub ki, avtomatla atəş açan şəxs 41 yaşlı Əziz Sloyandır. O, 60 yaşlı qohumu Tital Sloyanı bıçaqla yaraladıqdan sonra doğmalarını güllələməklə təhdid edirmiş.

İrəvanda isə səhər saatlarında – 8 radələrində avtomobil partladılıb. Hadisə yerinə gələn FHN əməkdaşları partlayış nəticəsində 2 nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını aşkarlayıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər