Rusiya ABŞ-ın 10 diplomatını ölkədən qovur - Qalmaqal
Dərc olunub:
21-04-2021, 18:33
Moskva ABŞ-ın Rusiyadakı səfirliyinin 10 əməkdaşının arzuolunmaz şəxs elan edilməsilə bağlı Vaşinqtona nota verib. Diplomatlar mayın 21-dək Rusiyanı tərk etməlidirlər.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Aprelin 21-də ABŞ-ın Rusiya Federasiyasındakı diplomatik missiyasının müavini Qorman Xarici İşlər Nazirliyinə çağırılıb və 10 amerikalı dipolomatın arzuolunmaz şəxs elanm edilməsilə bağlı nota təqdim olunub”, - məlumatda bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi bu addımın Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı baş konsulluğunun əsassız olaraq arzuolunmaz şəxs elan edilmiş bir sıra əməkdaşlarına qarşı “düşmənçilik hərəkətlərinə güzgü cavabı” olduğunu vurğulayıb.