İqtidarla müxalifət razılaşdı: Meliya azad edilir

İqtidarla müxalifət razılaşdı: Meliya azad edilirGürcüstan müxalifəti və hökuməti Avropa Şurasının prezidenti Şarl Mişellə Tiflisdə şam yeməyi zamanı Nika Meliya və Georgi Ruruanın həbsdən azad edilməsi prosedurunu müzakirə ediblər.

Tərəflər arasında əldə olunan razılığa əsasən, “Mtavari” televiziyasının sahibi Georgi Rurua 27 apreldə prezident əfvi ilə həbsdən azad olunacaq. Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyaya gəlincə isə o, amnistisiya haqqında qanun əsasında azad ediləcək.

Qeyd edək ki, aprelin 19-da Gürcüstan prezidentinin iqamətgahında müxalifətlə iqtidar arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, seçki sistemində dəyişikliklər, ədliyyə sferasında reformlar, parlamentdə səlahiyyətlərin bölüşdürülməsi aparılmalıdır. Üstəlik, iqtidar növbədənkənar parlament seçkisinin 2022-ci ildə keçirilməsinə izn verib. Razılaşmaya əsasən, seçki üçün Gürcü Arzusu yerli idarəetmə orqanlarına keçirilən seçkidə 43%-dən az səs toplamalıdır.

Müxalifətlə iqtidar arasında razılaşmaya indiyə qədər yalnız Vahid Milli Hərəkat Partiyası imza atmayıb. Partiya razılaşmaya yalnız Meliya azad edildikdən sonra qatılacağını bəyan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər