Ukrayna Rusiyaya qarşı belə savaşacaq - Plan

Ukrayna Rusiyaya qarşı belə savaşacaq - PlanUkrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibə vəziyyətində necə hərəkət etməyi planlaşdırdığı barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, "Strana.ua" nəşri məlumat yayıb.

Qorlovka yaxınlığında yerləşən bölmənin mayoru nəşrə Donbasdakı vəziyyətin son zamanlar dəyişdiyini söyləyib:

"Hərbçilər mövqelərini gücləndirmək və düşmənin ehtimal olunan hücum xətti boyunca tank əleyhinə mina sahələri yaratmaq əmri alıblar. Bir neçə həftə əvvəl hücuma hazırlıq cəbhə xəttində davam edib. Top və zirehli texnikalar yaxınlaşıb. İndi Ukrayna hərbçiləri neytral bölgəni, yolları və hətta irəli mövqeləri minalayır, belə ki, düşmən hücumu halında qoşunlar ikinci, daha möhkəmləndirilmiş müdafiə xəttinə geri çəkilə bilər".

Digər ukraynalı hərbçi isə Krımla təmas xəttinin gücləndirildiyini, Luqansk istiqamətində hərəkət etməli olan bölmələrin Krım istiqamətində yerləşdirildiyini vurğulayıb.