Sizin Reklam Burada

Lukaşenkonu öldürmək istəyənlərin gizli videosu yayıldı

Lukaşenkonu öldürmək istəyənlərin gizli videosu yayıldıRusiya və Belarus məxfi xidmətinin Moskvada keçirdiyi əməliyyatla Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd həyata keçirmək, dövlət çevrilişi etmək iddiaları ilə saxlanılan şəxslərin dialoq görüntüsü yayılıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, dialoq belaruslu hüquqşünas Yuri Zyankoviç və Aleksandr Feduta arasında baş tutub.

Gizli kameralar vasitəsilə qeydə alınan görüntülərdə Belarus lideri Lukaşenkoya qarşı hərbi qiyam təşkil etməyin şərt olduğu qeyd olunub. Dialoqda Zyankoviçin bir nömrəli vəzifəsinin “Lukaşenkonu aradan qaldırmaq, iki nömrəli vəzifəsinin isə strateji obyektləri ələ keçirmək, daxili qüvvələrə maneə olmaqdır”, - ifadələri yer alıb.

Plan arasında Belarus radiostansiyasının, televiziya və çox sayda binaların nəzarətə alınması haqda fikirlərə də rast gəlinir.

Aleksandr Lukaşenko bu planın ABŞ-da hazırlandığını iddia edib. ABŞ tərəfi isə iddiaları təkzib edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər