Gürcüstanda banka hücum edildi: girovlar var

Gürcüstanda banka hücum edildi: girovlar varTiflisin Avlabari rayonunda Gürcüstan Bankının filialına naməlum şəxs hücum edib.

Məlumatı “Rustavi 2” televiziyası yayıb. Məlumata görə, hücum edən şəxs filialdakı şəxsləri girov götürüb.

Onun təkbaşına hərəkət etdiyinin ehtimal olduğunu bildirib.

Polis insidentin baş verdiyi ərazini mühasirəyə alıb.

Qeyd edək ki, bir müddət öncə də qonşu ölkədə bənzər insident yaşanmışdı.