Sizin Reklam Burada

Jirinovskidən şok: Ərdoğan Qarabağda bizə mane olur!

Jirinovskidən şok: Ərdoğan Qarabağda bizə mane olur!Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib.

“Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (tiyəsi əyri qılın tarixdə türk qılıncı kimi tanınır - red.)... Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın “fırlanan çarxını” dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur”, - deyə Jirinovski bildirib.

Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür.

Qeyd edək ki, burada Jirinovskinin Kremlin açıqlamasını “unutduğu” aydın görünür. Belə ki, rəsmi Moskva Ukrayna və Liviya münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.

Üstəlik, Rusiya hökumətinin dünyanın dörd bir yanına silah satdığı və bundan dolayı minlərlə günahsız körpənin öldüyü heç kimə sirr deyil. Görünür, bunlar da irqçi partiya liderinin "yadına düşməyib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər