Sizin Reklam Burada

Azərbaycanlı qanuni oğru Moskvada güllələndi - Şok video

Azərbaycanlı qanuni oğru Moskvada güllələndi - Şok videoKriminal aləmdə “Albert Rıjiy” və ya “Albert Piterski” kimi tanınan azərbaycanlı qanuni oğru Əli Heydərov Moskvada güllələnib.

Axar.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 12-də gecə saatlarında baş verib. Heydərov yaşadığı binanın idman zalında güllələnib. Heydərovun güllələnməsi zamanı mühafizəçiləri də onunla birlikdə olub.

Qeyd edək ki, Əli Heydərov 1981-ci ildə Gəncədə anadan olub. 1996-cı ildə Rusiyanın Arxangelsk şəhərinə köçüb. Bir müddət sonra Arxangelskdəki “Komsomolskaya” mütəşəkkil cinayətkar dəstəyə qoşulub. 2000-ci ildə oğurluq, qəsdən sağlamlığa ağır zərər vurma, ölümə cəhd kimi maddələrlə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra kriminal aləmin “xaç atası” sayılan Ded Xasanın klanına daxil olub. 2012-ci ildə Ded Xasan tərəfindən taclandırılıb.

Ötən ilin iyununda Albert Rıjiyin vəsatəti təmin edilib. Məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsi - 13 ayı şərti hesab edilərək azadlığa buraxılıb. Məhkəmə prosesi zamanı Albert Rıjiy təqsirini etiraf edərək peşman olduğunu deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər