Sizin Reklam Burada

Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildiAprelin 10-u Gürcüstanda matəm günü elan edilib.

Avrasiya.net-in xəbərinə görə, Gürcüstanın Baş nazirinin imzaladığı qərara əsasən, Abxaziya bölgəsində yaşayan və Gürcüstanın nəzarətindəki əraziyə keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi ölkədə matəmlə anılacaq. Matəm günü ilə əlaqədar 10 aprel saat 00:00-dan 11 aprel saat 11:00-dək ölkədə dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, bu il aprelin 7-də Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 Gürcüstan vətəndaşı Enquri çayında boğularaq ölüb. Onların cəsədləri daha sonra xilasedicilər tərəfindən tapılıb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər