Sizin Reklam Burada

İran hər il 15 azərbaycanlı tələbəyə təhsil təqaüdü ayıracaq

İran hər il 15 azərbaycanlı tələbəyə təhsil təqaüdü ayıracaqİranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi hər il 15 Azərbaycan vətəndaşı olan tələbəyə təhsil təqaüdü ayıracaq.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin məlumatında deyilir. Bundan əlavə, məlumatda həmçinin İranla Azərbaycan arasında elmi-tədqiqat və universitetlərarası əməkdaşlıqların genişləndirilməsi çərçivəsində Təhsil təqaüdünü almaq üçün tələb olunan əsas şərt və sənədlər barədə də söz açılır.

Ümumi şərtlərə əsasən bakalavr pilləsi üzrə ən yüksək yaş həddi 22, magistraturada təhsil almaq istəyənlər üçün 26, doktoranturaya qəbul üçün isə 31 yaş müəyyənləşdirilib. Yer tutmaq istəyənlər üçün bilik səviyyəsi ilə bağlı da şərtlər müəyyən olunub. 20 ballıq qiymətləndirmə sistemi əsasında aparılacaq sınaq imtahanında bakalavr pilləsi üçün 14, humanitar, incəsənət və kənd təsərrüfatı ixtisasları üzrə magistratura pilləsi üçün 15, ümumi doktorantura üçünsə 16 bal nəzərdə tutulub.

Texnologiyalar və əsas ixtisas qrupları üzrə magistraturaya qəbul üçün tələb olunan bal 14, eyni qrup üzrə doktoranturaya qəbul isə 16 baldır.

Təhsil təqaüdündən yararlanmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Əvvəlki təhsil pilləsinə aid təhsil sənədinin və fənlər üzrə qiymət cədvəlinin surəti, bu sənədlərin təsdiqlənmiş tərcüməsi; Pasportun surəti (etibarlılıq müddəti 6 aydan artıq olmalıdır); Sağlamlıq haqqında arayış; İki ədəd fotoşəkil; Müəllimlər tərəfindən gələcək təhsil üçün yazılmış üç ədəd xasiyyətnamə; Müraciət edən şəxsin xarici tələbələrin qeydiyyatı saytında qeydiyyatdan keçməsini göstərən qeydiyyat kodu.

Digər məlumatlar:

Təhsil təqaüdü bütün xarici tələbələrin təhsil haqqından azad olunması formasında olacaq. Yalnız fars dili və ədəbiyyatı, İranşünaslıq ixtisasları üzrə təhsil almaq istəyən tələbələr təhsil təqaüdündən tam şəkildə yaralana biləcəklər və onlara təhsil almaları üçün əlavə maliyyə dəstəyi veriləcək.

Xarici tələbələrə edilən güzəştlər tələbələrin təhsilhaqqından azad olunmasından, subay tələbələr üçün nəzərdə tutulmuş yataqxanalardan istifadə etməsindən və tibbi sığorta xidmətindən yararlanmasından ibarət olacaq. Əlavə olaraq, əcnəbi tələbələr də iranlı tələbələr kimi, subsidiya qismində verilən yeməklə təmin ediləcəklər. Digər xərcləri isə əcnəbi tələbələrin özləri təmin etməlidilər.

Əcnəbi tələbələrin İrana gəlib-getmələri üçün onların bilet və yol xərcləri də özləri tərəfindən təmin edilməlidir.

Müraciət edən əcnəbi tələbələrin təhsil almaq istədiyi təhsil müəssisələri İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin nəzdində tələbələrin bölgüsü üzrə fəaliyyət göstərən xüsusi komitə tərəfindən müəyyənləşdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər