Sizin Reklam Burada

Tələbələrə sertifikat verilib - Gürcüstanda

Tələbələrə sertifikat verilib - GürcüstandaGürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı ilə Tbilisidə “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” İştitakçılarına Sertifikat vermə tədbiri keçirilib.

Tədbir 7 aprel tarixində “Tiflis Palace” otelində baş tutub.

Avrasiya.net xəbər verir ki, təbdirdə layihə ilə bağlı video çarx nümayiş etdirildikdən sonra Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev çıxış edərək layihə haqqında məlumat verib və layihənin tələbələr üçün əhəmiyyətindən danışıb.

Daha sonra Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfiri xanım Fatma Ceren Yazqan, Azərbaycan Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri cənab Faiq Quliyev, lahiyə iştirakçılarından İvane Cavaxişvili Universitetinin tələbələri Mariam Elisaşvili və Xıdır Əhmədov çıxış ediblər.

Tədbirin sonunda layihə iştirakçılarına təcrübə gördükləri Uludağ Universiteti tərəfindən verilmiş sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı və Yurtdışı Türkler ve Akraba Toplukuklar Başkanlığının (YTB) dəstəyi ilə 2015-ci ildən etibarən həyata keçirilir. Bu günə qədər bu layihədən 120- dən çox tələbə istifadə edib. COVİD-19 pandemiyası səbəbi ilə layihəyə 2020-ci ildən etibarən dayandırılıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər