Sizin Reklam Burada

Moldovadakı səfirliyimiz ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırır

Moldovadakı səfirliyimiz ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırırAzərbaycanın Moldovadakı Səfirliyinin təşəbbüsü ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar aşağıdakı işlər görülmüşdür:

- Pandemiya ilə bağlı Moldovada mövcud sərt karantin rejimini nəzərə alaraq, cari ilin 31 mart tarixində səfirliyimizdə soyqırımı gününə həsr edilmiş gənclərdən ibarət dəyirmi masa təşkil edilmiş, dəyirmi masa çərçivəsində azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən soyqırımının təfərrüatları, müxtəlif bölgələrimizdə minlərlə azərbaycanlının qətl edilməsinə dair tarixi faktlar, ümumiyyətlə ermənilərin təcavüzkar və işğalçı siyasətinin mahiyyəti gənc nəslə çatdırılmışdır.

- Ermənilər tərəfindən törədilən mart qırğınları ilə əlaqədar səfir Q.Osmanovun "В Азербайджане высоко чтят память жертв геноцида" başlıqlı müsahibəsi Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində dərc edilmişdir (https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida, https://noi.md/md/in-lume/gudsi-osmanov-azerbaidjanul-intotdeauna-cinsteste-memoria-victimelor-genocidului).

- Erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş qanlı faciədən bəhs edən Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinin müavini Adil Əliyevin “31 марта - день геноцида азербайджанцев” adlı müsahibəsi Moldovanın “Tribuna” xəbər portalında rus və rumın dillərində dərc etdirilmişdir (https://tribuna.md/ru/2021/03/31/ru).

- Mart soyqırımının ermənilərin mahiyyətini açıqlayan hadisə olaraq qiymətləndirilməsindən bəhs edən AR-in Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin “Геноцид 31 Марта: страницы истории, обагренные кровью” adlı məqaləsi Moldovanın “Ava.md” xəbər portalında dərc edilmişdir (https://ava.md/2021/03/31/genocid-31-marta-stranicy-istorii-obagrennye/).

- MMXİ-nin s/35-4557/35/21 nömrəli, 31.03.2021-ci il tarixli məktubu ilə əlaqədar, AR XİN-in soyqırımı ilə bağlı bəyanatı aidiyyatı üzrə yayılmış, bəyanatın mətni rumın dilinə tərcümə edilərək Moldova KİV-də dərc edilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər