Türkiyə Rusiya qırıcılarının qarşısını aldı
Dərc olunub:
30-03-2021, 20:47
Rusiyanın bombardmançı təyyarələrinin və qırıcılarının qarşısını almaq üçün Norveç, İngiltərə, Belçika, İtaliya, Rumıniya, Bolqarıstan və Türkiyəyə məxsus qırıcılar havaya qalxıb.
Axar.az xəbər verir ki, NATO-ya məxsus qırıcılar Şimal dənizi, Qara dəniz, Baltik dənizi və Şimali Atlantika regionunda Rusiya təyyarələrinin gözlənilməz uçularına qarşı 10 dəfə havaya qalxıb və 6 dəfə yayındırma əməliyyatını icra edib.
Rusiya təyyarələrinin NATO hava məkanına daxil olmadığı da bildirilib.