Sizin Reklam Burada

Paşinyanın aparat rəsmisinin saxtakarlığı ifşa olundu

Paşinyanın aparat rəsmisinin saxtakarlığı ifşa olunduErmənistanın baş naziri Nikol Paşinyanın aparatının rəhbərin müavini Taron Çaxoyan feysbukdakı səhifəsində 2017-ci ildə paylaşılmış fotonu paylaşaraq, müxtəlif tullantıların, zibillərin əks olunduğu şəklin "dünən" Yerevanın müxalifət tərəfindən blokdan çıxarılmış Baqramyan prospektində çəkildiyini iddia edib.

Bu barədə Modern.az “RİA Novosti”yə istinadən xəbər verir.

"Sirli şəkil. Baqramyanın prospekti bu gün", - deyə Çaxoyan tullantıların yer aldığı şəkillə bağlı yazıb. Onun paylaşımı xeyli sayda bəyənmə və şərh yığıb.

Lakin sonra sosial şəbəkə istifadəçiləri şəklin orijinalını tapıblar. Məlum olub ki, fotonu 25 sentyabr 2017-ci ildə Ukrayna saytı yayıb.

Çaxoyan bundan sonra paylaşımını silib və üzr istəyib. Ancaq buna baxmayaraq onun paylaşımı sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər