Sizin Reklam Burada

Qarabağa göndərilən övladlarını geri çağırır - ETİRAZ AKSİYASI

Qarabağa göndərilən övladlarını geri çağırır - ETİRAZ AKSİYASIErmənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

Qarabağda hərbi xidmətə çağırılan əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazılıqlarını dilə gətirir və övladlarının erkən tərxis olunması üçün əllərindən gələni etmələrini, onların tibbi müayinədən keçirilməsini tələb edirlər.

Etirazçı Suren Gevorqyan döyüşlərin bitməsindən sonra keçən 4 ay ərzində problemlərinin həll edilmədiyini və bundan narazı olduqlarını vurğulayıb.

Bundan əlavə, Ermənistan hökumətinin binası qarşısında itkin düşən hərbçilərin valideynlərinin etiraz aksiyası davam edir. Baş nazirdən itkin düşmüş kimi siyahıya alınan 500 əsgərin cavabını tələb olunur.

Xatırladaq ki, Qarabağda xidmətini davam etdirən, eyni zamanda, müharibə vaxtı itkin düşən hərbçilərin valideynləri noyabr ayının sonundan bəri hökumət və Müdafiə Nazirliyi binalarının yaxınlığında vaxtaşırı mitinqlər keçirirlər. Onlar Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla sonuncu dəfə bu ilin yanvar ayının ortalarında görüşüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər