Sizin Reklam Burada

Zərifi Ankaraya aparan 5 səbəb: Qarabağ da var...

Zərifi Ankaraya aparan 5 səbəb: Qarabağ da var...İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfəri gözlənilən idi. İki ölkə arasında son zamanlar yaşanan soyuqluq, eyni zamanda dəyişən siyasi şərtlər rəsmi Tehranı Ankara ilə dialoqa girməyə sövq etdi.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Cavad Zərifin gündəliyində 5 başlıca məsələ var:

“Birincisi, bir müddətdir İran və Türkiyə arasında münasibətlərdə soyuqluq hiss edilir. Xüsusilə bu soyuqluq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən tarixi paradda çıxışı sonrası müşahidə edilməyə başladı. Digər tərəfdən, 44 günlük müharibədə Türkiyənin fəallığı və rəsmi Bakıya verdiyi dəstək, daha sonra rəsmi Ankaranın təminatçı ölkə kimi çıxış etməsi rəsmi Tehranı qıcıqlandırır. Yəni İran bir növ özünü kənarda qalmış hiss edir. Bu mənada Cavad Zərifin Türkiyəyə səfəri həm də rəsmi Tehranın Türkiyə və Rusiyadan sonra 3-cü bir oyunçu kimi proseslərdə iştirak etməsini hədəfləyir.

İkincisi, Zərifin müzakirə edəcəyi digər bir mövzu Suriya məsələsi olacaq. Bildiyiniz kimi, həm Türkiyə, həm də İranın Suriyada maraqları var. İki ölkənin maraqları Suriyada tam ziddir. Belə ki, rəsmi Tehran Əsədi dəstəkləsə də, Türkiyə Əsədi heç bir halda qəbul etmir. Bu mənada da tərəflər bu istiqamətdə fikir mübadiləsi apara bilər.

Üçüncüsü, bir neçə gün öncə Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Bu görüş İran tərəfindən də yaxından izlənilirdi. Türkmənistanın mavi qazının Avropa bazarına çıxması rəsmi Tehranı narahat edir. Düşünürəm, bu məsələ də bugünkü görüşdə müzakirə ediləcək.

Dördüncüsü, tərəflər arasında müzakirə ediləcək ehtimal mövzulardan biri də son günlər Türkiyə-İsrail münasibətlərinin normallaşmasıdır. Bildiyiniz kimi, artıq bu prosesin anonsu da verilib. Türkiyə və İsrail qarşılıqlı şəkildə əlaqələrin bərpası istiqamətdə mesajlar verir. Təbii ki, bu, rəsmi Tehranı narahat edir. İran Türkiyə-İsrail münasibətlərinin bərpa olunmasını istəmir. Çox güman ki, görüşdə bu narahatlığını da ifadə edəcək.

Beşincisi, iki ölkənin PKK-ya qarşı birgə mübarizə məsələsi tərəflərin müzakirə mövzusu ola bilər. İran PKK-nın ən güclü təşkilatlandığı ölkələrdəndir. Bu təşkilat bu gün Türkiyə qədər İran üçün də problem sayılır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər