Rusiya Ermənistana qabaqcıl silahlar verir - Muraxovski

Rusiya Ermənistana qabaqcıl silahlar verir - MuraxovskiRusiya Ermənistana qabaqcıl silahlanma sistemləri verir.

Bunu rusiyalı hərbi ekspert Viktor Muraxovski deyib.

“Hələ bir neçə il əvvəl Ermənistan “İsgəndər” operativ-taktiki raket komplekslərini aldı. Bundan başqa ilk olaraq “Tor M2” zenit-raket kompleksləri əldə etdi. Moskva eyni zamanda müasir radioelektron mübarizə sistemləri və radiolokasiya stansiyaları verdi. Silahlı qüvvələrin də qarşısında bu sistemləri mənimsəmək vəzifəsi durur. Bu da o deməkdir ki, yalnız heyətə daxil olan mütəxəssisləri deyil, eyni zamanda bütün komandanlıq zabitlərini yetişdirmək lazımdır. Onlar bu silah sistemlərinin silahlı qüvvələrin strukturundakı yerini və rolunu, döyüşlərdə və əməliyyatlarda istifadə edilməsinin əsaslarını anlamalıdırlar”, - Muraxovski bildirib.

Axar.az