Gürcü müxalifəti bu halda aksiyadan imtina edəcək

Gürcü müxalifəti bu halda aksiyadan imtina edəcəkHökumət əsl dialoqa keçdikdən sonra müxalifət etiraz aksiyalarının keçirilməsi planlarından imtina edəcək.

Bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Giqi Uqulava Leyborist Partiyasının ofisində müxalifət nümayəndələrinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa Şurasının lideri Şarl Mişellə görüşdükdən sonra Gürcü Arzusu heç bir konkret addım atmayıb.

Qeyd edək ki, bundan öncə Gürcüstan baş naziri İrakli Qaribaşvili hökumətin növbədənkənar seçkiyə izn verməyəcəyini bildirmişdi.