Erməni hərbçilərdən Paşinyana: Dayandır bunu!

Erməni hərbçilərdən Paşinyana: Dayandır bunu!Nikol Paşinyan əsassız ittihamları dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin yaydığı bəyanatda deyilir.

SQ-nin bəyanatını Ermənistan Baş Qərargahının nümayəndəsi Samvel Asatryan Feysbuk səhifəsində paylaşıb.

“Xalqın oğullarından ibarət olan silahlı qüvvələr milli təhlükəsizliyə yönələn təhdidləri görür, qəbulediməz hesab edir və SQ ayrı-ayrı vəzifəlilərə qarşı əsassız ittihamlara son qoymağa çağırır”, - deyə bildirilib.

Qeyd edək ki, N.Paşinyan onun və rəhbərliyindəki hökumətin istefasını tələb edən Baş Qərargah rəisinin müraciətini hərbi çevriliş kimi qiymətləndirib.