Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü

Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdüErmənistan Prezidenti Armen Sarkisyan müxalifət nümayəndələri ilə görüşüb.

“RİA Novosti” xəbər verir ki, Sarkisyan bütün tərəfləri dinlədikdən sonra obyektiv qərar verəcəyinə söz verib. Bunu Sarkisyanla görüşdən sonra müxalif "Vətənin xilası hərəkatı"nın liderlərindən biri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan söyləyib. Vanetsyanın sözlərinə görə, Sarkisyan onların fikirlərini dinlədikdən sonra Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi Baş Qərargah rəisi Onik Qasparyanla da görüşəcəyini deyib:

“Vəziyyətin son dərəcə çətin olduğu və dövlətçiliyin itirilməsi təhlükəsi olduğuna dair bir fikir birliyi var və mövcud vəziyyətdən çıxmaq üçün konkret və operativ qərarlar qəbul edilməlidir. Buna görə də bütün qüvvələr bu vəziyyətdən çıxmaq üçün səylərini birləşdirməlidirlər”.

Müxalifət prezidentə Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefaya göndərmək üçün baş nazirin fərmanını hökumətə qaytarmağı və baş nazir yenidən bənzər bir müraciət edərsə, sənədi Konstitusiya məhkəməsinə göndərməyi təklif edib.

Qeyd edək ki, Ermənistan prezidenti daha əvvəl parlamentin “Mənum addımım” fraksiyasından Lilit Makuntsla, “Çiçəklənən Ermənistan”dan Edmon Marukyanla, partiyanın katibi Arman Abovyanla, prlamentin spikeri Ararat Mirzoyanla görüşmüşdü.


Modern.az