Nikol Serjin tələsinə düşdü: Rus silahları “uçmurdu” - Qalustyan

Nikol Serjin tələsinə düşdü: Rus silahları “uçmurdu” - QalustyanErmənistanın Baş naziri Nikol Paşinyan Serj Sərkisyanın təxribatına uydu və onun tələsinə düşdü. Burada sual yaranır: Nikolun konkret və mahiyyət etibarilə səhvi nədə olub? Məsələ bundadır ki, o, silahla bağlı sözlərində tam olaraq haqlıdır. Rusiya tərəfinin məsələyə reaksiyası isə bunu yalnız təsdiqləyir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın hərbi-siyasi icmalçısı Qraçya Qalustyan çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın ermənilərə Azərbaycanın zərbələri qarşısında gücsüz olan “metallom” göndərməsi ilə bağlı konkret faktlar var:

“Müharibə dövründə erməni əsgəri təəccüblə aşkar edirdi ki, Moskvanın iddialarına görə uçmaq və vurmaq bacarığı olan texnika nə uçur, nə də vurur. RF-də anlamalıdırlar ki, Ermənistan artıq çoxdan müstəqil dövlətdir və onun nəyi və kimdən alacağını özü həll etmək hüququna malikdir. Bu, bizim üçün hansısa siyasi intriqalar yox, fiziki sağqalmaq məsələsidir. Biz onu yaddan çıxarmamalıyıq ki, Azərbaycanda dünyanın ən müasir və güclü silahları mövcuddur”, - deyə erməni ekspert qeyd edib.