İran sərhədi keçdi - Beynəlxalq agentlik təşviş içindədir

İran sərhədi keçdi - Beynəlxalq agentlik təşviş içindədirİran 20% səviyyəsində 17,6 kq zənginləşdirilmiş uran istehsal edib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) açıqlama yayıb.

Bildirilir ki, zənginləşdirilmiş uran fondunu 3 tona qaldıran İran Birgə Hərtərəfli Fəaliyyət Planında icazə verilən səviyyəni 15 dəfə keçib.

Hesabatda agentliyin İran tərəfindən bəyan edilməmiş bir nöqtədə quruma bildirilməmiş nüvə materialının ola biləcəyindən dərin narahatlıq keçirdiyi qeyd olunub. Sözügedən nüvə materialı İranın təhlükəsizlik nəzarəti müqaviləsi çərçivəsində bildirilməlidir.

2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı İrana 202,8 kiloqram uran ehtiyatı saxlamağa və uranı 3,67% nisbətində zənginləşdirməyə imkan verir.