Sizin Reklam Burada

İrəvan qadağanı pozdu: İrana təyyarə satdı - Sərkisyan

İrəvan qadağanı pozdu: İrana təyyarə satdı - SərkisyanErmənistan dünya aviasiyasının qara siyahısında öz yerini möhkəmlədir.

Axar.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin keçmiş müşaviri Akop Çaxaryan deyib.

“Ermənistan Mülki Aviasiya Komitəsi fevralın 21-də BƏƏ Mülki Aviasiya Baş İdarəsindən erməni qeydiyyat nömrəsi EK-FAA olan Boinq-737 təyyarəsinin oğurlanması haqqında teleqram alıb. Tallindən uçan təyyarə İrəvanda eniş etməli idi. Bunun yerinə havada qərar verilib ki, texniki xidmət üçün təyyarə BƏƏ-yə aparılsın. Texniki qüsur ucbatından təyyarə Tehranda eniş edib.

Erməni təyyarəsinin ələ keçirilməsi? Növbəti fırıldaq, yoxsa Ermənistan mülki aviasiyasında peşəkar səriştəsizlik?” – deyə o bildirib.

Erməni ekspert Suren Sərkisyan isə təyyarənin İrana naməlum şəraitdə verildiyi və ya satıldığını yazıb:

“İrana beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu təyyarəni qonşu dövlətə verməsi təəccüblüdür. Bir neçə gün əvvəl həmin “Boinq-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib. Xatırladıram ki, ABŞ qanunvericiliyinə əsasən, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər